"Salahı "Çelsi"də qalmasını düşünmürəm. Onu ya icarəyə verməyə və ya satmağa hazırıq. Çünki Salahın yerində Hazard, Villian, Traore, Moses və Kuadrado kimi futbolçular var".
Sportarena.az xəbər verir ki, bu sözləri “Çelsi” klubunun portuqaliyalı baş məşqçisi Joze Mourinyo söyləyib. Məhəmməd Salahdan savayı ötən il Madrid “Atletiko”sundan transfer olunan braziliyalı Felipe Luis də komandadan göndəriləcəyi bildirilir. Bəzi mənbələrə görə, onun yenidən “Atletiko”ya qayıtmaq ehtimalı var.