"Güclü rəqiblərlə oyunlar zəif yerlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Çalışacağıq ki, komandaya gətirdiyimiz sistemi təkminləşdirək, eyni zamanda, səhvlər üzərində işləyək. Əlimizdən gələni edəcəyik ki, çempionata tam hazır vəziyyətdə çıxaq". |
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev klubun rəsmi saytına açıqlamasında söyləyib.
Gənc mütəxəssis komandasının çempionata qədər tam hazır olması üçün bütün gücünü sərf edəcəyini bildirib: "Çempionatın başlanmasına çox az vaxt qalıb. Buna görə də hazırda təlim-məşq toplanışı keçməyimiz çox yaxşı oldu. Bundan əlavə, futbolçuları üç yoxlama görüşündə sınayacağımız da xeyrimizədir".