Yozef Blatterin istefa verməsindən sonra FİFA-nın növbədənkənar prezident seçkilərinin vaxtı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, yeni prezident seçkiləri 2016-ci il 26 fevral tarixində baş tutacaq.
İsveçrənin Sürix şəhərində keçiriləcək səsvermə zamanı FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.
Nəzərinizə çatdıraq ki, Blatter mayın 29-da keçirikən seçkilərdə müəyyən səs toplayıb FİFA prezidenti seçilsə də, 4 gün sonra hər kəs tərəfindən dəstəklənməməsini əsas gətirərək istefa verib. Bu qərar çox müəmmalı qarşılanıb.