İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı başa çatıb.
Sportarena.az xəbər verir ki, Azərbaycanlı atlet Nazim Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal qazanıb. Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.
Xatırladaq ki, 20 yaşlı "Neftçi İdman Klubu"nun yetirməsi iyunun 22-də Bakıda keçirilən I Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.
Qeyd edək ki, Babayev Şərqi Almaniyalı (ADR) idmançı Volker Mainin 25 avqust 1985-ci ildə 16.93 metirlik rekordunu təzələyib.