"Zirə" Premyer Liqaya hazırlığın ikinci mərhələsini Türkiyədə davam etdirir. Artıq Ərzurum toplanışının 5-cı günü arxada qalıb.
Sportarena.az xəbər verir ki, "qartallar" səhər və axşam olmaqla iki məşqə çıxıblar. Komanda hər iki məşqdə texniki-taktiki hazırlıq üzərində işləyib. Bu gün "Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Bakı vaxtı ilə saat 20:00-da başlayan oyunda rəqib Gürcüstan təmsilçisi "Şukura" olub.
Yoxlama oyunu
"Zirə" - "Şukura" 0-0