Qurban Qurbanov: "Bakıdakı səhvləri etməyəcəyik" - VİDEO

14:21 21 İyul 2015

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ" klubu dünən "Rudar"la matç üçün Monteneqroya yollanıb.

Sportarena.az "Anspress.com"a istinadən xəbər verir ki,hava limanında sualları cavablandıran klubun baş məşqçisi Qurban Qurbanov Bakıda qazanılan qolsuz heç-heçənin təhlükəli hesab olduğunu bildirib.

İlk matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyini deyən Qurbanov komandanın sıralarına yeni qoşulan futbolçulara 18 nəfərlik heyətdə yer verəcəyini bildirib.
 
Qeyd edək ki, iyulun 22-də keçiriləcək "Rudar" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə qapılara qol vurulmayıb.

 


Digər xəbərlər

Xəbər xətti