"Sağ olsun mətbuat nümayəndələri və bəzi klublar. Onların sayəsində Topaz Premyer Liqaya sponsorluq etməkdən imtina etdi”.
Sportarena.az Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum rəhbəri yayım hüququna yiyələnmək istəyən kanallar üçün 1 milyon qiymət qoyulduğunu bildirib. O qeyd edib ki, hansısa kanalın bu məbləği ödəyəcəyinə ümid edir.