"İnter" 3 qolla "Neftçala"ya qalib gəldi

16:16 21 İyul 2015

Bakının "İnter" klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində “Hafnarfyordur”la cavab oyunu öncəsi hazırlıqlarını "İnter Arena"da davam etdirir.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ötən gün "İnter" hazırlıq çərçivəsində "Neftçala" ilə yoldaşlıq matçı keçirib. 

Bu oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəlib. "İnter"in heyətində İlkin Sadıqov dubla imza atıb, Yuri Fomenko isə bir dəfə fərqlənib.

Xatırladaq ki, "İnter Arena"da keçiriləcək "İnter" - "Hafnarfyordur" matçı iyulun 23-ü, saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti