“Klublarımızın avrokubokdakı çıxışı bizi sevindirir. “Qəbələ” klubu da artıq bizi sevindirməyə başlayıb”.
Sportarena.az xəbər verir ki,bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatma mərasimində Musayev fikirlərini bölüşüb: “Çempionatın reqlamenti dəyişmir, yenə 10 komandalı 4 dövrəli çempionat keçiriləcək. Yerli oyunçulara önəm verməliyik. Millinin yaxşı çıxışı üçün də bu önəmlidi”. (apasport)