Yenidən Premyer Liqada çıxış edəcək "Rəvan" komandasını kimin çalışdıracağına rəsmən aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Ramil Əliyevlə yola davam etməməyə qərar verən "Rəvan" rəhbərliyi komandanı Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevə tapşırıb.
Vaxtilə “Xəzər Lənkəran”da köməkçi-məşqçi vəzifəsini yerinə yetirən Quliyevin paytaxt klubuna baş məşqçi təyin olunacağı dəqiqləşsə də, onunla rəsmi müqavilə sabah imzalanacaq.
Tərəflər arasında neçə illik müqavilə bağlanılacağına da sabah aydınlıq gələcək.
Apasport