Xəbər verdiyimiz kimi, Türkiyədə hazırlığını davam etdirən "Xəzər-Lənkəran" dünən yoxlama matçında "Kayserispor"la qarşılaşıb.
Sportarena.az xəbər verir ki, matç 1-1 hesabı ilə yekunlaşıb. Oyundan sonra "Xəzər-Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov fikirlərini türkiyəli jurnalistlərlə bölüşüb :
"Qarşılaşmanın ilk hissəsi mənim üçün daha çox önəmli idi. Çünki heyətin özəyini ilk 45 dəqiqədə meydanda oynatdım. Türkiyədə çox gözəl təlim-məşq toplanışı keçirdirik. Bunu futbolçular oyunda da nümayiş etdirdi. Bacardığım qədər onların hamısına özlərini göstərmək üçün şans verdim".