Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Kəpəz"in yoxlama görüşlərindəki daha 2 rəqibinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, Gəncə klubunun "facebook" səhifəsində yer alan məlumata görə, Şahin Diniyevin komandası, iyulun 23-də Gürcüstanın "Şukura" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Ayın 25-də isə Türkiyənin "Göztəpə" komandası ilə sınaq matçı baş tutacaq.
Qeyd edək ki, "Kəpəz" Türkiyədəki ilk yoxlama oyununda dünən yerli "1461 Trabzon" klubuna 1:0 hesabıyla qalib gəlib.