"Rudar"la ilk görüşdə meydanda üstün tərəf "Qarabağ" idi. Bakıdakı oyunda qonaqların bir qol imkanı belə, olmadı".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Raydell Pupon deyib.
Hollandiya mətbuatına danışan futbolçu maraqlı fikirlər səsləndirib. Pupon cavab görüşündə "Qarabağ"da debüt etmək istədiyini bildirib: "İlk oyunda "Qarabağ" hər şeyi etdi, ancaq qol vurmağı bacarmadı. İki komanda arasındakı fərq dərhal hiss olunurdu. İndi komandamızı cavab oyunu gözləyir. Baş məşqçimiz məni bu görüşdə oynadıb-oynatmamaqla bağlı qərarını verməyib. "Rudar"la qarşılaşma mənim üçün əla debüt olar. Əgər baş məşqçi şans versə, Çempionlar Liqasında da debüt oyunumu keçirmiş olacam. Bu mənim arzumdu".