"Biz müdafiəyə çəkilməyəcəyik" - Zaur Svanadze

20:30 22 İyul 2015

Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Hafnarfyordur”la qarşılaşacaq “İnter”in baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.

 

- Jurnalistləri peşə bayramı münasibəti ilə təbrik edirəm. Hazırlığa gəldikdə, digər oyunlara necə, bu duelə də elə hazırlaşmışıq. Əsas odur ki, heyətimizdə zədəli futbolçu yoxdu.

 

- Komandada ab-hava necədi?

- “Laçi” ilə oyun ərəfəsindəkindən fərqli olaraq bu dəfə daha yaxşı formadayıq. Albanlarla oyun zamanı əsas problemimiz epizodlardan istifadə edə bilməməyimiz oldu. Amma məşq prosesində bunun üzərində işlədik. İndi komandanın durumu daha yaxşıdı.

 

- Səfərdən sərfəli nəticə ilə dönmüsünüz. Buna əsaslanıb, müdafiədən oynayacağınızı düşünmək olarmı?

- Biz müdafiəyə çəkilməyəcəyik. Çünki belədə çətinliklə üzləşə bilərik. Çalışacağıq komanda öz oyununu oynasın.

 

- Start heyətindfə dəyişiklik varmı?

- Bir dəyişiklik edəcəyik. Bu, Dieqo ola bilər.

 

- Ötən il “Elfsborq”la səfər matçından da qələbə ilə dönmüşdünüz. Amma Bakıdakı dueldə bu üstünlükdən yararlana bilmədiniz və mübarizəni dayandırdınız. Bundan nəticə çıxarmısınızmı?

- Əvvəla qeyd edim ki, ötən ilki oyunda qırmızı vərəqə qərarı düzgün deyildi. Hakim yanlış qərar verdi. Nəticədə həm azlıqda qaldıq, həm də qol buraxdıq. Bu dəfə səhvsiz oynamağa çalışacağıq. Ancaq buna heç kim təminat verə bilməz.

 

- Futbolçulara hansı tapşırıqlar vermisiniz?

- Xüsusilə standart vəziyyətlər zamanı ehtiyatlı olmalarını tapşırmışam. Cərimə meydançası daxilində səhvə yol verməməli, ehtiyatlı oynamalıyıq.

 

- “İnter”in sabiq baş məşqçisi Kaxaber Sxadadze İslandiyadakı oyunu izləyib. Onun gəlişinin səbəbi nə idi?

- Onun orda olduğunu matç başa çatdıqdan sonra gördük. O, Zurab Xizanaşvilini izləməyə gəlmişdi. O, Gürcüstan millisinə namizəddi. (apasport)


Digər xəbərlər

Xəbər xətti