“Neftçi”nin təlim-məşq toplanışı keçdiyi Türkiyənin Afyon şəhərində dünən “Fənərbaxça” və “Marsel” klubları arasında oyun olub.
Sportarena.az "Neftçi"nin rəsmi saytına istinadən xəbər verir ki, “Afyon summer futbol fest” turniri çərçivəsində keçirilən matçı “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub rəsmiləri və komanda üzvləri stadiondan izləyiblər.
Qeyd edək ki, oyun "Fənərbaxça"nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.