"Zirə" təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə davam etdirir. Ərzurumda toplaşan "qartallar" gündə 2 dəfə olmaqla məşq edirlər.
Sportarena.az xəbər verir ki, komandanın hazırlığı Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Belə ki, dünın keçirilən məşqlərdə həm "Yeni Şafak" qəzetinin əməkdaşı, həm də Türkiyənin ən nüfuzlu xəbər agentliklərindən biri olan Cihan Xəbər Agentliyinin çəkiliş qrupu olub.
Baş məşqçi Adil Şükürovdan müsahibə alan yerli jurnalistlər futbolçuların da fikirlərini öyrəniblər.