“Təəssüf ki, azlıqda qaldıq və uğurumuzun davamını gətirə bilmədik" - Heymir Qudyonsson

01:17 24 İyul 2015

“Baxmayaraq ki, ilk yarıda qapımızda qol gördük, fasilədən sonra toparlana bildik. Rəqib qapısından 2 top keçirdik”.

 

Bu sözləri “İnter” – “Hafnarfyordur” qarşılaşmasından sonra İslandiya təmsilçisinin baş məşqçisi Heymir Qudyonsson keçirilən mətbuat konfransında deyib.

 

Azlıqda qaldıqdan sonra oyunu uduzduqlarını deyən baş məşqçi buna görə təəssüfləndiklərini bildirib:

 

“Təəssüf ki, azlıqda qaldıq və uğurumuzun davamını gətirə bilmədik. Hər halda yetirmələrim bacardıqlarının ən yaxşısını nümayiş etdirdilər”. 

 

Meydandakı sərt oyunla bağlı suala isə Qudyonsson belə cavab verib:

 

“Bu, avrokubok yarışmasıdı, sərtlik qaçılmazdı. Hesab bərabərləşdikdən sonra isə azərbaycanlı futbolçuların oyunu uzatmaq cəhdləri yetirmələrimin ürəyincə ola bilməzdi. Futbolda bu cür hallar təbiidi”. (apasport)


Digər xəbərlər

Xəbər xətti