"İnter"in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Hafnarfyordur" klubuna qarşı keçirdikləri cavab oyununu şərh edib :
"Birinci oyunda qələbə qazansaq da, cavab görüşünün çətin keçəcəyini bilirdik. Elə də oldu. Uşaqlar sonadək mübarizə apardılar və istəyimizə çatdıq. Klubumuz ilk dəfə tarixində avrokuboklarda iki mərhələ keçdi. Bu, bizim üçün böyük uğurdur". (azerisport)