“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Ruslan Qurbanov "Alanyaspor"la keçirilən yoxlama görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu komandasının tədricən forma yığdığını bildirib: "Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.
Qeyd edək ki, "Neftçi" - "Alanyaspor" oyunu 1:1 hesabı ilə başa çatıb. "Neftçi"nin yeganə qoluna məhz Ruslan Qurbanov imza atıb.