Serbiya yığmasının gənclərdən ibarət komandasının üzvü Danilo Pantiç karyerasını İngiltərədə davam etdirəcək.
Sportarena.az xəbər verir ki, "Partizan"ın 18 yaşlı yarımmüdafiəçisini "Çelsi" klubu sıralarına qatdığını rəsmən elan edib.
Lakin serbiyalı futbolçu ilk mövsümü icarə əsasında Hollandiyanın "Vitess" komandasında keçirəcək. Məhz sözügedən klubda oyun təcrübəsi toplayandan sonra gənc futbolçu London təmsilçisinin düşərgəsinə qatılacaq.