Türkiyənin Ərzurum şəhərində növbəti mövsümə hazırlaşan "Kəpəz" daha bir legioer futbolçunu baxışdan keçirir.
Sportarena.az xəbər verir ki,bir vaxtlar "Xəzər Lənkəran" və "Bakı"nın şərəfini qoruyan brazilyalı futbolçu Junior Osvaldo(Juninyo) "Kəpəz"də baxışdadır.
Baş məşqçi Şahin Diniyev yarımmüdafiəçinin oyununu bəyənsə, yaxın günlərdə onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, 2007-2011-ci illərdə "Xəzər Lənkəran"dan çıxış edən Juninyo 53 oyunda meydana çıxıb və 6 qol vurub. 2011/2012 mövsümüdə isə o, "Bakı"nın şərəfini qoruyub.