"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir" - AÇIQLAMA

00:45 25 İyul 2015

"Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam".

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Əfran İsmayılov klubun saytına açıqlamasında deyib.

Ağdam klubu  haqda xoş sözlər söyləyən 27 yaşlı yarımmüdafiəçi rəqabətdən çəkinmədiyini bildirib: "Qarabağ" iddialı, hədəfləri olan komandadır. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm.  Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.  İnanıram ki, keçidim hər iki tərəf  üçün faydalı olacaq".

Xatırladaq ki, Ə.İsmayılov 2006-2013-cü illərdə "Qarabağ"ın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti