"Atletik" (Bilbao) klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları Bakı "İnter"i ilə oyun haqda danışıb.
Sportarena.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "İnter"lə oyuna ciddi yanaşdıqlarını bildirib:
"İnter"lə oyun çətin keçəcək. Rəqib meydanda sonadək mübarizə aparan futbolçulardan təşkil olunub. Onlarla görüşdə səhv edə bilmərik. "İnter"ə hörmətlə yanaşırıq və onları ciddi rəqib kimi qəbul edirik. İkinci matçımız səfərdə olacaq. Bu oyun üçün Azərbaycana uzun səfər edəcəyik. İstənilən halda arxayınlaşmamalıyıq".
Qeyd edək ki, iyulun 30-da Bilbaoda keçiriləcək "Atletik" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.