"Atletik" - "İnter" matçı yunanlara tapşırıldı

11:48 25 İyul 2015

Avropa Liqasının üçüncü təsnifat mərhələsində Bakının "İnter" komandası "Atletik" klubu ilə qarşılaşacaq.

Sportarena.az xəbər verir ki, artıq İspaniyada keçiriləcə ilk qarşılaşmanın hakimləri bəlli olub. Oyunu yunanıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Stavros Tritsonis olacaq. Ona həmyerliləri Kristos Akviros və İlias Alekseas köməklik edəcək. İlias Spathas isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Atletik" - "İnter" oyunu iyulun 30-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti