"Kəpəz" bu gün "Qarabağ"ın sabiq üzvü Leroy Corcun də formasını geyindiyi "Göztəpə" ilə yoxlama matçı keçirməli idi.
Sportarena.az xəbər verir ki, "Kapaz FC" "facebook" səhifəsində yer alan məlumata görə, "Göztəpə" ilə matçın alınmamasına görə "Kəpəz" Gürcüstanın "Samtredia" klubu ilə oynamalı olacaq.
Qeyd edək ki, ola bilər rəqib son anda yenidən dəyişsin.