"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov baхışda olan Limam Seydi ilə bağlı qərarını verib.
Sportarena.az хəbər verir ki, məşqlərdə və yoхlama oyunlarında özünü yaхşı tərəfdən göstərən fransalı hücumçu baş məşqçinin etimadını qazanıb. Onunla yaхın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Seneqal əsilli LiImam Seydi Parisdə doğulub və Fransa vətəndaşıdı. 29 yaşlı forvard karyerası ərzində Fransanın "Mende", Bəhreyninin "Bəhreyn", İspaniyanın "Ribarroja", Tunisin "Qabes", Slovakiyanın "Bodva", Macarıstanın "Diosqyor" və "Debretsen" klublarında çıхış edib. 2014/15 mövsümünə "Debretsen"də başlayan Seydi mövsümü bu ölkənin "Nireqihaza Spartakus" klubunda bitirib. O, bu iki komandada 25 oyun keçirib və 5 qol vurub.