"Traktor Sazi" "Qəbələ"ni təbrik etdi

16:19 25 İyul 2015

Təbriz şəhərinin “Traktor Sazi” komandası “Facebook”dakı TiraXtürk Fan Klub səhifəsində “Qəbələ” futbol klubunu son möhtəşəm qələbə münasibətilə təbrik edib.

Sportarena.az APA-a istinadən xəbər verir ki, səhifədə “Yaşasın Quzeyli soydaşlarımız, yaşasın Qəbələ” sloqanının ardınca Azərbaycan Milliyyətçi Gəncləri, "Qəbələ" 2-0 "Çukariçki" (Serbiya) cümlələri paylaşılıb.
 
Səhifədə həmçinin “Qəbələ” Fan Klubu üzvlərinin “Qəbələ - Çukariçki” görüşündən çəkilmiş şəkli yerləşdirilib. Şəkildə “Qəbələ” azarkeşlərinin əlində Güney Azərbaycanın istiqlal bayrağı görünür.
 
Xatırladaq ki, həmin fotonu tanınmış jurnalist Azər Sarıyev “Qəbələ” futbol klubu Avroliqa oyunları çərçivəsində Serbiyanın “Çukariçki” klubunu qəbul edərkən “Bakcell Arena”da çəkib. A. Sarıyev bu fotonu “Qəbələ” Fan Klubu ilə bağlı təəssüratlarını bölüşdüyü “Qəbələ” Qələbəyə məhkum idi” sərlövhəli məqaləsi ilə birlikdə saytlara təqdim edib.


Digər xəbərlər

Xəbər xətti