Konfederasiyalar kubokunun təqvimi müəyyənləşdi

17:16 25 İyul 2015

2017-ci ildə Rusiyada təşkil olunacaq Konfederasiyalar kubokunun təqvimi müəyyənləşib.

Sportarena.az xəbər verir ki,turnirin açılış oyunu iyunun 17-də Sankt-Peterburqda keçiriləcək.

Yarımfinal qarşılaşmaları iyunun 28 və 29 tarixlərində Kazan və Soçidə oynanılacaq.

Konfederasiyalar kubokunun final görüşü isə iyulun 2-i keçiriləcək.
 
Qeyd edək ki, hazırda Konfederasiyalar kubokunun 4 iştirakçısı məlumdur. Rusiya ilə yanaşı, Dünya çempionu Almaniya, Asiya kubokunun sahibi Avstraliya və Amerika Kubokunun sahibi Çili iştirakçılar arasında olacaq.


Xəbər xətti