"DÇ-2018": Millimizin rəqibləri bəlli oldu

22:50 25 İyul 2015

Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkü atılıb.

Sportarena.az xəbər verir ki, tədbir mundiala ev sahibliyi edəcək Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

Püşkatmada iştirak edəcək 52 Avropa yığması 9 qrupa bölünüb. Bunların 7-də 6, 2-də 5 komanda olub.

Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub. 
 
Mundiala ev sahibliyi edəcək Rusiyadan əlavə Avropa zonasından daha 13 yığma dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Doqquz qrupun qalibləri birbaşa mundialın final mərhələsinə yüksələcəyi təqdirdə, ikincilər "pley-off"da qüvvələrini sınayacaq. Ən pis göstəriciyə malik qrup ikincisi isə mundialda oynamaq hüququnu itirəcək.  

Qeyd edək ki, FİFA Cəbəllütariqin müstəqilliyini tanımadığı üçün bu ölkənin yığması püşkatmada iştirak etməyib.

 

 

A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq

 

B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra

 

C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino

 

D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan

 

E qrupu: Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan 

 

F qrupu: İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta

 

G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn

 

H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr

 

I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya


Digər xəbərlər

Xəbər xətti