Gənc futbolçu Marko Bartranın "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
Sportarena.az xəbər verir ki, futbolçu yayılan söz-söhbətə aydınlıq gətirib. 24 yaşlı müdafiəçi əsas hədəfinin Kataloniya klubunda qalmaq və daha çox oyunda meydana çıxmaq olduğunu bildirib. Buna görə də Bartra "Liverpul" və "Napoli"nin təklifinə "yox" deyib.