"Apollon" - "Qəbələ" matçının biletləri satışa çıxarıldı - Ən bahalı bilet 40 avroyadır

03:41 26 İyul 2015

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Apollon" - "Qəbələ" matçının biletləri satışa çıxarılıb.

Sportarena.az xəbər verir ki, ən ucuz biletin qiyməti 5 avro (5.75), ən bahalı bilet isə 40 avroyadır (46 manat).

Qeyd edək ki, "Apollon" və "Qəbələ" arasında ilk oyun iyulun 30-da Kiprdə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti