"Bizə qarşı oynamaq "Qarabağ"a çətin olacaq" - "Seltik"in baş məşqçisi

05:03 26 İyul 2015

"Qarabağ"ın oyunu ilə "Renn"in oyunu arasında heç bir fərq görmürəm. Fransa klubu haqda başqa heç nə deyə bilmərəm. Bir də onu bilirəm ki, "Renn"in heyətində norveçli futbolçu çıxış edir".

Sportarena.az xəbər verir ki,bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla "Renn"lə keçirilən yoxlama görüşündən sonra (2:0) klubun rəsmi saytına açıqlamasında deyib.

Norveçli mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyuna da toxunub: "Bizə qarşı oynamaq "Qarabağ" üçün çətin olacaq. Onlar daha öncə "Seltik"lə heç vaxt oynamayıb. Doğma meydanda keçirəcəyimiz ilk oyunda müdafiədə diqqətli oynamalıyıq. Əgər bunu bacarsaq, mərhələ keçmək üçün yaxşı şansımız yaranacaq. Yaxşı rəqiblə qarşılaşacağımızı bilirəm. Ancaq həmin oyun üçün hazırıq. Belə vəzifələri yerinə yetirməkdən zövq alıram. Düşünürəm ki, bu oyuna hazırıq və çərşənbə günü yaxşı oyun sərgiləyəcəyik".

Qeyd edək ki, iyulun 29-da "Seltik Park"da keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti