"Qalatasaray" klubu ötən gün Avstriya hazırlığı çərçivəsində İtaliyanın "Udineze" klubu ilə yoxlama oyunu keçirib.
Sportarena.az xəbər verir ki, matç 35-ci dəqiqədə yarımçıq dayandırılıb. Buna səbəb isə "Qalatasaray"ın qapısı arxasında olan bir qrup türkiyəli azarkeşin məşəl yandıraraq meydana çoxlu sayda pirotexnik maddə atması olub. Bunu görən oyunun baş hakimi isə 35-ci dəqiqədə matçı yarımçıq dayandırıb.