Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "DÇ-2018"in seçmə mərhələsinin püşkündə millimizin yer aldığı qrupu dəyərləndirib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, çox güclü qrupa düşdüklərini bildirib:
"Ancaq indi fikrimizi Xorvatiya və Malta ilə keçirəcəyimiz oyunlara yönəltmişik. Qrupumuzun favoritləri Almaniya və Çexiyadır. Qrupda yaxşı çıxış etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamız Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.