Xəbər verdiyimiz kimi, "Xəzər-Lənkəran" klubu Türkiyə hazırlığını başa vuraraq vətənə qayıdıb.
Sportarena.az xəbər verir ki, hazırda klub üzvləri 5 günlük istirahətə yollanıb. Avqustun 1-də yenidən toplanacaq komanda Premyer Liqanın ilk turunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, "Xəzər-Lənkəran" ilk turda "İnter"i qəbul edəcək. Matç avqustun 9-da keçiriləcək.