“Rəqib açıq futbolu sevir. Bizim komanda da açıq futbola üstünlük verir”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Riçard Almeyda klubun rəsmi “facebook” səhifəsinə açıqlamasında Çempionlar Liqasının III təsnifat mərhələsində “Seltik”lə qarşılaşacaqları oyun haqda danışarkən deyib.
Braziliyalı yarımmüdafiəçi iyulun 29-da keçiriləcək oyun haqda iddialı danışıb: “Çox maraqlı iki oyun olacaq. Düşünürəm ki biz mərhələ adlayan tərəf olacağıq”.