Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Qordan Tsipriç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” görüşünə, Yanko Yankoviç Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Atletik” (İspaniya) – “İnter” matçına, Elxan Abdullayev isə “Apollon” (Kipr) – “Qəbələ” qarşılaşmasına baxacaq.