Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Atletik" - "İnter" matçından öncə təşkil ediləcək mətbuat konfransının və açıq məşqin saatı bəlli olub.
Sportarena.az xəbər verir ki, iyulun 29-da keçiriləcək mətbuat konfransında jurnalistlərin önünə ilk olaraq "İnter"in baş məşqçisi Zaur Svanadze çıxacaq. Gürcü çalışdırıcı Bakı vaxtıyla 15:00 jurnalistlərin suallarını cavablandıracaq. "Bankirlər" oyunöncəsi son məşqinə isə Bakı vaxtıyla 00:00 çıxacaq.
"Atletik"in baş məşqçisi Ernesto Valverdenin mətbuat konfransı 20:45, klubun məşqi isə saat 21:00 baş tutacaq. Hər iki komandanın məşqinin sadəcə ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Qeyd edək ki, "Atletik"lə "İnter" arasında ilk oyun iyulun 30-da, saat 23:45-də "San Mames"də, cavab matçı isə iyulun 6-sı saat 21:00-da "İnter Arena"da keçiriləcək.