"Çox insan Azərbaycan çempionatını tanımır. Amma mən şan-şöhrət axtarmıram, ailəmə kömək etməyə çalışıram".
Sportarena.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda deyib.Məşhur ESPN nəşrinə danışan braziliyalı futbolçu Azərbaycan çempionatının maliyyə baхımından güclü olduğunu bildirib: "Premyer Liqa güclü olmaya bilər, amma maliyyə baxımından vəziyyət yaxşıdı. Ölkə gözəldi, paytafxt Bakı şəhəri Dubaya bərabər səviyyədədi. Kluba ciddi maliyyə vəsaiti yatırılır. İş strukturu fantastikdi. Komandanın artıq yeni gözəl stadionu var. Çox yaxşı məşq meydançamız var".
Riçard Qarabağ müharibəsindən və "Qarabağ"ın Bakıda oynamasından danışıb: "Müharibə komandamıza da təsirsiz ötüşməyib. Bu haqda mənə çox danışıblar. Qonşu Ermənistanla münaqişə çox ciddidi. Nə onlar Azərbaycana gələ bilirlər, nə biz oraya gedə bilirik. Müharibə həmişə ağırdı. İndi sözün həqiqi mənasında bu iki xalq bir-birini görmək belə istəmir".