"Barselona"nın sabiq futbolçusu “Stok Siti”ylə anlaşdı

11:39 28 İyul 2015

"Barselona" klubunun sabiq futbolçusu İbrahim Afellay karyerasını İngiltərədə davam etdirəcək.

Sportarena.az xəbər verir ki, 29 yaşlı hollandiyalı futbolçu "Stok Siti" ilə 2 illik müqavilə bağlayıb. 

Ötən mövsüm Yunanıstanın "Olimpiakos" klubunda icarə əsasında çıxış edən Afellay "şəhərlilər"ə azad agent statusu ilə keçib.


Xəbər xətti