"Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov rəqibi kifayət qədər analiz etdiklərini, xüsusilə standart vəziyyətlərə və rəqibin hündürboylu futbolçularına diqqət yetirməli olduqlarını bildirib.