İspaniyanın tanınmış "Marca" qəzeti Serxio Ramosun "Real"da qalacağını yazıb.
Sportarena.az xəbər verir ki, klub prezidenti Florentino Perez Ramosun illik qazancını 10 milyon avroya qaldıracaq. Bu da 29 yaşlı futbolçunu qane edir. Beləcə, Ramos klubla 2 illik müqavilə imzalamağa razılıq verib.