"Kəpəz" klubu Türkiyədəki hazırlıqlarını başa vuraraq vətənə qayıdıb.
Sportarena.az xəbər verir ki, komanda hazırda istirahətə buraxılıb. Məşqlər iyulun 30-da başlayacaq və bundan sonra Gəncə klubu Premyer Liqanın ilk turuna qədər Bakıda hazırlaşacaq.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın ilk turunda "Neftçi" ilə qarşılaşacaq. Matç avqustun 8-də keçiriləcək.