"Qəbələ" üçün portuqaliyalılar gəlir

12:21 29 İyul 2015

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Apollon" matçının hakimləri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Bakıda keçiriləcək oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi olacaq Duarte Qomeşə həmyerliləri Luiş Kampoş və Venansio Tome köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Bruno Payxao yerinə yetirəcək.

Qeyd edək ki, "Qəbələ" - "Apollon" matçı avqustun 6-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti