UEFA nümayəndələri Bakı Olimpiya Stadionunda - FOTO

13:30 29 İyul 2015

UEFA-nın baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olublar.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA rəsmilərinin səfərində məqsəd "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər.


Digər xəbərlər

Xəbər xətti