"Şaxtyor" kimi güclü heyətə malik olan komandanı keçmək heç də asan olmayacaq"

14:24 29 İyul 2015

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda "Fənərbaxça" "Şaxtyor"la heç-heçə edib.

Sportarena.az xəbər verir ki, oyundan sonra "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyra matçla bağlı fikirlərini bildirib :

"Şaxtyor" güclü komandadır.Ancaq biz də yaxşı oynadıq.Sevinirəm ki, azarkeşlər sona qədər komandanı dəstəklədilər. İndi bizi çətin səfər oyunu gözləyir. Açığı, cavab oyununda qələbə qazanacağımıza söz vermirəm. "Şaxtyor" kimi güclü heyətə malik olan komandanı keçmək heç də asan olmayacaq".


Digər xəbərlər

Xəbər xətti