"Bunun bəhrəsini çempionatda mütləq görə biləcəyik" - AÇIQLAMA

17:37 29 İyul 2015

“Bakıda komandanın fiziki durumunu yüksəltdik, Türkiyədə isə taktiki hazırlıq üzərində işlədik. Üç yoxlama oyunu keçirdik. Bu da futbolçuların bir-birinə uyğunlaşmasına yardımçı oldu”.

 

Sportarena.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevdir. Klubun mətbuat xidmətinə Ərzurum toplanışını dəyərləndirən müdafiəçi daha sonra bunları əlavə edib:

 

“Türkiyədə komanda demək olar ki, formalaşdı. Qardaş ölkədə keçirdiyimiz hazırlığın böyük xeyri dəyəcək. Mən şəxsən belə fikirləşirəm. Bunun bəhrəsini çempionatda mütləq görə biləcəyik”.

 

Şəhriyar Əliyev “Kəpəz”ə “Qarabağ”dan keçib. Futbolçu icarə əsasında qarşıdakı futbol mövsümündə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyacaq:

 

“Ağdam klubunun futbolçuları uzun illərdi bir yerdə çıxış edirlər. Hazırda daha yaxşı oyun sərgiləyirlər, oyunçular bir-biriləri ilə əla anlaşırlar. Bizə də özümüzü göstərmək üçün zaman lazımdı. Yeni komandayıq, hazırlaşmaq üçün vaxtımız azdı. Ərzurumda həm biz futbolçular, həm də məşqçilər qısa vaxtdan lazımınca istifadə etdik. İnşallah, Türkiyə toplanışında səmərəli çalışmağımızın komandaya müsbət təsirini görəcəksiz”.


Digər xəbərlər

Xəbər xətti