Böyün Britaniyanın nüfuzlu media qurumu olan BBC-nin saytında bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək Seltik-Qarabağ oyunu haqda geniş yazı dərc edilib.
Sportarena.az xəbər verir ki, məqalədə "Seltik"in "Qarabağ" haqda tam məlumatlı olmaya biləcəyi qeyd olunub: “Ola bilər ki, "Seltik"in “Qarabağ” haqda məlumatı azdı. Bəlkə də onlar rəqibi yaxşı öyrənməyib. “Qarabağ” populyar komanda olmasa da, təhlükəlidi".
BBC Ağdam klubunun ötən il qrupda bütün rəqibləri - “Dnepr”, “Sent-Etyen” və “İnter”lə oyunda xal qazanmasına diqqət çəkib. Eyni zamanda "Qarabağ"ın "Zalsburq"a Bakıda qalib gəldiyi, yalnız iki oyunun nəticəsinə əsasən, uduzaraq mübarizəni dayandırdığını xatırladıb: “Qarabağ Seltikə real təhlükəli yarada biləcək komandadı".
Müəllif bukmeykerlərin Qarabağı autsayder kimi görməsini anlamadığını yazıb: "Bu məntiqi başa düşmək çətindi". “Qafqazinfo”