“Neftçi”nin futbolçusu Məqsəd İsayev “Əl-Faysali” klubu ilə yoxlama oyunu (2:1) haqda fikirlərini bölüşüb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunun maraqlı keçdiyini bildirən gənc müdafiəçi növbəti görüşdə də qələbə qazanmağa çalışacaqlarını deyib:
"Çox maraqlı oyun keçdi. Şadam ki, qələbə qazandıq. Uşaqlar da əllərindən gələni etdilər. Qarşıda “Antalyaspor”la oyun var. O görüşdə də qələbə qazanmaq istəyirik. “Kəpəz”lə oyuna tam hazır olacağıq. Mən uzun müddətdən sonra ilk dəfədir ki, meydana çıxdım. Pis alınmadı. İnşallah, davamı olacaq".