17 yaşadək qızlar arasında Moldovanın paytaxtı Kişinyov şəhərində təşkil edilən UEFA-nın İnkişaf Turniri çərçivəsində yığmamız ikinci oyununu keçirib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Latviyadan olan həmyaşıdları ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Firəngiz Teymurovanın dubl etdiyi matçda digər qolu Rövşanə Sərdarlı vurub.
Turnir çərçivəsində üçüncü turun oyunları iyulun 31-də keçiriləcək. Yığmamız Bolqarıstan millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.30-da başlayacaq.